İspaniya La Liqasının ən ödənişli məşqçiləri açıqlandı

İspaniya La Liqasının ən ödənişli məşqçilərinin üçlüyü açıqlanıb, üçlükdə, ispan futbolunun nəhənglərini çalışdıran mütəxəssislər yer alıb.

Arena.az məlumat verir ki, siyahının zirvəsində Madrid “Atletiko”sunun baş məşqçisi, argentinalı mütəxəssis Dieqo Simeone qərarlaşıb.

“El-Çolo” ləqəbli Simeone ayda 2,17 milyon avro məbləğində qazanc götürür.

İkinci pillədə İspaniya nəhəngi “Real”ın sükanı arxasında olan italyan mütəxəssis Karlo Ançelotti yer alıb. Ançelottinin aylıq qazancı 910 min avro məbləğindədir.

Üçlüyü Kataloniya nəhəngi “Barselona”nın alman çalışdırıcı Hans-Diter Flik qapayır. “Hansi” Flik ayda 830 min avro məbləğində qazanc götürür.

Mütəxəssislərin çalışdırdığı klubların İspaniya La Liqasının yarış cədvəlindəki mövqeyini təqdim editik:

  1. “Barselona” – 27 oyun, 60 xal;
  2. “Real” – 28 oyun, 60 xal;
  3. “Atletiko” (Madrid) – 28 oyun, 56 xal.
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: