Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 27-ci turundan təxirə salınmış bir oyun keçirilib.
Arena.az xəbər verir ki, lider “Barselona” doğma meydanda “Osasuna” ilə qarşılaşıb.
Kataloniya təmsilçisi bu oyunda 3 xalı 3 cavabsız qolla qazanıb. Bu qələbə sayəsində xallarının sayını 63-ə çatdıran “Barselona” vahid liderə çevrilib. Hazırda bu komandanı 60 xala malik “Real” izləyir. Madridin digər təmsilçisi “Atletiko” isə 56 xalla üçüncü pillədə qərarlaşıb.
İspaniya, La Liqa
27-ci turun oyunu
27 mart
Barselona – Osasuna 3:0
Qollar: F.Torres, 11. D.Olmo, 21-pen. R.Levandovski, 77.


