Kişilərdən ibarət komandalar arasında keçirilən basketbol üzrə Azərbaycan kubokunda bu gün yarımfinal mərhələsinin oyunları keçirilib.
Arena.az xəbər verir ki, finalçılar Bakı İdman Sarayında müəyyənləşiblər.
Günün ilk matçında “Neftçi” NTD ilə qarşılaşıb. Qarşılıqlı hücumlar şəraitində keçən görüşün taleyi sonuncu dövrədə həll olunub. Daha dəqiq oynayan Tahir Baxşıyevin komandası ilk finalçı olub.
Digər görüşdə “Naxçıvan” və “Gəncə” komandaları üz-üzə gəliblər. Bu görüşdə “Naxçıvan” favorit hesab olunsa da, rəqib komanda daha yaxşı təsir bağışlayıb. Gəncəlilər 86:80 hesabı ilə qələbə qazanmaqla finala yüksəliblər.
Qeyd edək ki, final qarşılaşması martın 30-da keçiriləcək.
Basketbol üzrə Azərbaycan kuboku
Yarımfinal
28 mart
“Neftçi” – NTD 83:86 (21:20, 21:27, 27:18, 14:21)
Bakı İdman Sarayı.
“Naxçıvan” – “Gəncə” 80:86 (14:20, 19:22, 24:19, 23:25)
Bakı İdman Sarayı.


