İspaniya Kubokunda “Real” – “Barselona” finalı

Bu gün futbol üzrə İspaniya Kubokunda 2024/2025-ci illər mövsümünün yarımfinal mərhələsinə yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

“Atletiko” doğma meydanda “Barselona” ilə üz-üzə gəlib. Tərəflər arasındakı ilk görüşdə 4:4 hesablı bərabərlik qeydə alınmışdı. Kataloniya təmsilçisi Madriddə baş tutan cavab görüşündə cəmi bir qol vurmaqla finala vəsiqəni təmin edib.

Beləliklə, İspaniya Kubokunda cari mövsümün həlledici oyunu iki əzəli rəqib – “Real” və “Barselona” arasında baş tutacaq. Final qarşılaşması mayın 26-da keçiriləcək.

İspaniya Kuboku
Yarımfinalın cavab oyunları
1 aprel

Real – Real Sosyedad 4:4
Qollar: Endrik, 30. Bellingem, 82. Tçuameni, 86. Rüdiger, 115 – Barreneçea, 16. Alaba, 72-öz qapısına. Oyarsabal, 80; 90+3.
İlk oyun – 1:0.

2 aprel

Atletiko – Barselona 0:1
Qol: F.Torres, 27.
İlk oyun – 4:4.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: