Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 30-cu turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
“Jirona” evdə “Alaves”ə, “Malyorka” “Selta”ya məğlub olub. Ötən mövsümün qalibi, növbəti çempionluq uğrunda mübarizə aparan Madrid “Real”ı isə bu turda ağır zərbə alıb. İspaniya nəhəngi doğma meydanda “Valensiya”ya uduzub. Amma lider “Barselona” bu fürsətdən maksimum yararlana bilməyib. Kataloniya təmsilçisi də “Betis”lə ev oyunundan xal itkisi ilə ayrılıb.
30-cu turun qalan görüşləri aprelin 60-da və 7-də keçiriləcək.
İspaniya, La Liqa
30-cu tur
4 aprel
Rayo Valyekano – Espanyol 0:4
Qollar: Kabrera, 12. Fernandes, 16. Puado, 72-pen. Milya, 90.
5 aprel
Jirona – Alaves 0:1
Qol: Visente, 61.
Real – Valensiya 1:2
Qollar: Vinisius, 50 – Diakabi, 15. Duro, 90+5.
Malyorka – Selta 1:2
Qollar: Valyent, 17 – A.Qonsales, 53. F.Lopes, 72.
Barselona – Betis 1:1
Qollar: Qavi, 7 – Natan, 17.
6 aprel
16:00. Las Palmas – Real Sosyedad
18:15. Sevilya – Atletiko
20:30. Valyadolid – Xetafe
23:00. Vilyarreal – Atletik
7 aprel
23:00. Leqanes – Osasuna


