Karlo Ançelotti: “Bu, layiq olmadığımız bir məğlubiyyətdir”

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasının 30-cu turunda “Valensiya” ilə ev oyununda 1:2 hesablı məğlubiyyəti şərh edib.

Arena.az italyan mütəxəssisin oyunsonrası mətbuat toplantısında səsləndirdiyi müvafiq qənaətini təqdim edir:

“İndi La Liqanın qənimətini qazanmaq çətin olacaq. Biz çoxsaylı fürsətlər yaratdıq, hücumda yaxşı idik. Biz müdafiədə də daha yaxşı oynaya bilərdik. Bu, layiq olmadığımız bir məğlubiyyətdir. Biz oyunu xırda xüsuslar səbəbindən uduzduq. Heç şübhəsiz ki, biz qələbəyə layiq idik”, deyə Ançelotti vurğulayıb.

30 oyundan sonra “Real” 63 xalla İspaniya La Liqasının yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Valensiya” isə 34 xalla 15-ci pillədədir.

La Liqaya 67 xalla “Barselona” başçılıq edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: