Canluici Donnarumma PSJ-nin qarşıdakı hədəfini açıqladı

Fransa çempionluğunu təmin etmiş PSJ-nin italyan qapıçısı Canluici Donnarumma Paris klubunun növbəti hədəfini açıqlayıb.

Arena.az italyan qapıçının müvafiq açıqlamasını təqdim edir:

“Biz özümüzə inanırıq. Zehniyyətimiz bizə 1/8 final mərhələsini adlamağa kömək etdi, indi isə biz UEFA Çempionlar Liqasında qalib gəlmək üçün hər şeyi edəcəyik”, deyə Donnarumma vurğulayıb.

Xatırladaq ki, PSJ Fransa çempionatında cari mövsümün çempionluğunu bir neçə öncədən təmin edib. Paris təmsilçisi ötən gecə UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində qarşılaşdığı İngiltərənin “Aston Villa” komandası ilə ilk oyundan da 3:1 hesablı qələbə ilə ayrılıb.

Yeri gəlmişkən, fransız keçmiş qapıçı Stefan Porato PSJ-nin rusiyalı qapıçısı Matvey Safonov haqda söhbət açıb:

“Ona afərin! Bütün yarışlarda çıxış etdi və sübut etdi ki, Canluici Donnarumma ilə rəqabət apara bilər. Kim bilir, növbəti mövsümdə nə olacaq…”, deyə Porato Safonovun növbəti mövsümdə PSJ-nin əsas qapıçısına çevrilmək şansının olduğunu vurğulayıb.

Matvey Safonov da UEFA Çempionlar Liqasının 1/4 finalının evdə “Aston Villa” ilə ilk oyununda 3:1 hesablı əzmkar qələbəni şərh edib:

“Hamını qələbə münasibətilə təbrik edirəm! Oyunun əvvəlində hamımız başımıza hansısa fəsad açmaq haqda düşünürdük. Amma bunu tez bir surətdə həll etdik və buraxılmış qolun cavabında üçünü vurduq. Komandama görə çox şadam”, deyə oyunu ehtiyatdan izləmiş Safonov məmnunluqla vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: