“Sevilya” Pimentanı istefaya göndərdi

Əndəlüs nəhəngi “Sevilya” ispan mütəxəssis Qarsiya Pimentanı komandanın baş məşqçisi vəzifəsindən azad edib.

Arena.az bu barədə İspaniya klubunun mətbuat xidmətinə istinadən məlumat verir:

“Sevilya” Qarsiya Pinetaya, onun bu aylar ərzindəki işinə, həmçinin peşəkarlığına görə təşəkkür etmək istəyir. Klub ona gələcək layihələrində uğurlar diləyir”, – La Liqa təmsilçisinin rəsmi bəyanatında deyilir.

Xatırladaq ki, 50 yaşlı ispan mütəxəssis ötən yay bu komandanın sükanı arxasına təyin edilmişdi. Çaılışdırdığı müddətdə Pimenta İspaniya təmsilçisini 34 oyuna çıxarıb, 11 qələbə, 9 heç-heçə, 14 məğlubiyyət yaşayıb. Top fərqi isə 41:47 nisbətindədir.

31 oyundan 36 xalla “Sevilya” İspaniya La Liqasının yarış cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: