“Mançester Yuanyted”in baş məşqçisi Ruben Amorim bərbad oyun və nəticələr mənzərəsində “qırmızı şeytanlar”ın üzləşdiyi tənqidi şərh edib.
Arena.az BBC-yə istinadən, portuqal mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Mən tənqidi başa düşürəm, amma mənim vecimə də deyil. Oyunları uduzmaqdan pis heç nə yoxdur. Adamlar ağızlarına gələni danışa bilərlər, amma mən bəraət qazanmaq haqda düşünmürəm. Bizim yarış cədvəlindəki mövqeyimiz özü öz sözünü deyir – elə, buna baxmaq kifayətdir. Oyunlardakı məğlubiyyət – bizim işimizin ən çətin hissəsidir”, deyə Amorim vurğulayıb.
Xatırladaq ki, “Mançester Yunayed” tarixən ən bərbad dövrünü yaşaşır. İngiltərə Premyer Liqasının 32 oyununda 38 xal toplamış “qırmızı şeytanlar” yarış cədvəlinin 14-cü pilləsində qərarlaşıblar. Mövsüm irəlilədikcə, “Mançester Yunayted”in ölkə çempionatı vasitəsilə avrokubokların növbəti mövsümünə vəsiqə qazanmaq imkanı da “əriyir”. Buna rəğmən, “qırmızı şeytanlar” Avropa Liqasında çıxış edirlər və bu yarışda qalibiyyətə əsas namizədlərdən biri olaraq qəbul edilirlər.


