“Barselona”nın baş məşqçisi Hans-Diter Flik İspaniya Kral Kubokunun “Real”la qarşıdakı final oyunu haqda söhbət açıb.
Arena.az AS dərgisinə istinadən, alman mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Real”dan bir gün az istirahət vaxtına malik olmaq yaxşıdırmı? Bəlkdə yaxşıdır, bəlkə də yox. Başqa bir halda, biz də çoxlu görüşlər keçirmişik. Madrid klubunun əla komandası var və dünyada ən yaxşı məşqçilərdən birinə malikdir. Ançelotti – alicənabdır, mən ona nəhəng hörmət duyuram. Şənbə günü biz Karlonun Madrid “Real”ına qarşı oynayacağıq, mən isə bu görüşə məmnuniyyətlə baxacağam, çünki Ançelotti inanlımaz məşqçidir.
“Barsa” və Madrid “Real”ı – görkəmli komandalardır, qənimətlərin ən yaxşı komandalar arasında oynanılması isə tamamilə təbiidir. Bizə, onlara qarşı hələ daha iki oyun keçirmək gərəkdir, biz Kuboku və Liqanı qazanmaq istəyirik və onları da məğlub etməliyik. Bu, asan olmayacaq, amma biz onlar üzərində diqqət cəmləməliyik”, deyə Hansi Flik vuğulayıb.
Xatırladaq ki, İspaniya Kral Kubokunun cari mövsümünün “Barselona” və “Real” arasındakı final oyunu aprelin 26-da baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə 00:00-da (27 Aprel) başladacaq.


