“Monako”nun rusiyalı yarımmüdafiəçisi Aleksandr Qolovin həmyerlisi, PSJ-nin qapıçısı Matvey Safonovun Çempionlar Liqasını qazanmasını istəyir.
Arena.az Qolovinin müvafiq açıqlamasını təqdim edir:
“Mən istərdim ki, PSJ Çempionlar Liqasını götürsün, çünki orada Matvey Safonov var”, deyə Qolovin həmyerlisinin uğurunu arzuladığını etiraf edib.
Rusiya yığmasının qapıçılar üzrə məşqçisi Vitali Kafanov da Matvey Safonovun UEFA Çempionlar Liqasını qazanmasını istəyir. Rusiyalı mütəxəssisin müvafiq açıqlamasını təqdim edirik:
“Arzu edirəm ki, bizim rusiyalı qapıçımız Çempionlar Liqası Kubokunu və Fransa Kubokunu qazansın” deyə Kafanov həmyerlisinin uğurunu arzuladığını etiraf edib.
Xatırladaq ki, PSJ Çempionlar Liqasının yarımfinalına çıxıb və burada “Arsenal”la qarşılaşacaq. Paris təmsilçisi artıq cari mövsümdə Fransa çempionluğunu təmin edib.


