Azərbaycan Premyer Liqasının 35-ci turunun “Qarabağ” – “Kəpəz” matçının biletləri bu gün saat 12:00-dan etibarən satışa çıxarılıb.
Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Biletləri iTicket.az-da onlayn, həmçinin iTicket.az-ın “28 və Gənclik Mall”da yerləşən məntəqələrindən əldə edə bilərsiniz.
Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.
Azarkeşlər biletləri oyun günü qeyd olunan satış məntəqələrindən, həm də “Azərsun Arena”nın kassasından əldə edə bilərlər.
Xəbərdə o da qeyd olunur ki, qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.
Qeyd edək ki, “Qarabağ” – “Kəpəz” oyunu mayın 18-də “Azərsun Arena”da təşkil olunacaq. Oyuna saat 19:00-da start veriləcək. “Qarabağ” bu oyundan sonra azarkeşləri ilə birlikdə 12-ci çempionluq kubokunu başı üzərinə qaldıracaq. Belə ki, Ağdam təmsilçisinə çempionluq kuboku məhz bu görüşdən sonra təqdim olunacaq.


