İkinci Liqa: İlk turun təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan çempionatının İkinci Liqasında 2026/2027-ci illər mövsümünün ilk turunun təyinatları müəyyənləşib.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

Yeni mövsümün 1-ci turunun görüşləri sentyabrın 1-də və 2-də keçiriləcək.

İkinci Liqa
1-ci tur

1 sentyabr

“Şəki” – “Ağdaş”
Hakimlər: Samir Musayev, Ağadur Mahmudov, Elvin Mədətov, Elçin Abdullayev.
Hakim-inspektor: Rövşən Əhmədov.
Zaqatala OİK stadionu, 16:00.

“Qaradağ Lökbatan” – “Hypers”
Hakimlər: Nahid Xasıyev, Rizvan Süleymanov, Təhmin Cəlilbəyli, Nəriman Ağayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 17:00.

“Şirvan” – “Kür-Araz”
Hakimlər: Kamil Aydınov, Ruslan Məmmədov, Samir Cabbarov, Sənan Bayramzadə.
Hakim-inspektor: Anar Salmanov.
Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 17:00.

2 sentyabr

“Difai” – “Dinamo”
Hakimlər: Pərviz İbrahimov, Vüsal Xəlilzadə, İlkin Mustafazadə, Mehdi Yusifov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 17:00.

“Zəngəzur” – “Ağstafa Gəncləri”
Hakimlər: Hacıağa Həsənov, Əkbər Əliyev, Əhməd Əhmədsoy, Vaqif Vəliyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
Binə qəsəbə stadionu, 17:00.

“Şəmkir” – “Marafon”
Hakimlər: Rəsul Babayev, Cavid Ömərov, Sadiq Əliyev, Rasim Musayev.
Hakim-inspektor: Orxan Məmmədov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 17:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: