La Liqa: “Rasinq” 3, “Alaves” tək qolla qalib gəldi

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2026/2027-ci illər mövsümünün 3-cü turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Turun açılış oyununda “Rasinq” doğma meydanda “Elçe” ilə üz-üzə gəlib. Beş qolun qeydə alındığı görüşdə meydan sahibləri qalib gəliblər. Günün digər oyununda “Alaves” evdə “Vilyarreal”ı tək qolla üstələyib.

3-cü turun qalan görüşləri avqustun 29-da, 30-da və 31-də keçiriləcək.

İspaniya, La Liqa
3-cü tur

28 avqust

Rasinq – Elçe 3:2
Alaves – Vilyarreal 1:0

29 avqust

19:00. Levante – Betis
21:00. Real Sosyedad – Espanyol
23:30. Sevilya – Atletiko

30 avqust

19:00. Real – Malaqa
21:30. Deportivo – Valensiya
23:30. Selta – Atletik

31 avqust

21:30. Osasuna – Xetafe
23:30. Barselona – Rayo Valyekano

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: