Futbol üzrə Azərbaycan millisinin sağ cinah hücumçusu Rüfət Abdullazadə İsrailin “İroni Kiryat Şmona” klubunda növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu İsrail çempionatında 2026/2027-ci illər mövsümünün 2-ci turu çərçivəsində qarşılaşdıqları “İroni Tiberias”la görüşün iştirakçısı olub.
Rüfət 2:0 hesabıyla qalib gəldikləri ev oyununa start heyətdə başlayıb və 78-ci dəqiqədə əvəzlənib. Komandasının ikinci qolunu da 72-ci dəqiqədə azərbaycanlı futbolçu vurub. O, 64-cü dəqiqədə sarı vərəqə də alıb.
Xatırladaq ki, Rüfət Abdullazadə “İroni Kiryat Şmona”ya bu yay Xorvatiyanın “Varajdin” klubundan icarə müqaviləsi əsasında keçib. O, 2026/2027-ci illər mövsümünün sonunadək İsraildə çıxış edəcək. Azərbaycanlı futbolçu bu komandanın heyətində 7 oyun keçirib, 2 qol vurub.
“Varajdin” isə Rüfəti 2025-ci ilin yayında “Səbail”dən transfer edib. Futbolçunun bu klubla 2028-ci ilin 30 iyununadək müqaviləsi var. Abdullazadə “Varajdin”də cəmi 10 rəsmi oyun keçirib, 1 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. Ötən mövsümün ikinci yarısında isə o, “Zirə”də icarədə olub və məhsuldar fəaliyyəti ilə diqət çəkmədiyi 9 oyun keçirib.
Abdullazadə “Sumqayıt”ın yetirməsidir. O, “Sumqayıt”da 76 (1 qol, 6 assist), “Səbail”də isə 75 (15 qol, 14 assist) oyun keçirib. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında oynamış Rüfətə əsas millimizdə debüt qismət olmayıb.


