Dortmund “Borussiya”sında icarə əsasında çıxış edən isveçli futbolçu Daniel Svensson birdəfəlik Almaniya klubuna transfer edilib.
Arena.az xəbər verir ki, bu barədə Bundesliqa nəhənginin rəsmi saytı məlumat yayıb.
Müqavilə ilə Danimarkanın “Nordsyelland” klubuna məxsus olan futbolçu bu ilin əvvəlində icarə əsasında “Borussiya”ya keçmişdi. Dortmund təmsilçisi transfer hüquqlarını da aldığı 23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalayıb. Bu transferə görə “Borussiya” Danimarka klubuna 6,5 milyon avro təzminat ödəyib.
Qeyd edək ki, bu ilin yanvar ayından Dormund klubunda çıxış edən Daniel Svensson 15 qarşılaşmada bir qol və iki məhsuldar ötürmə ilə fərqlənib.
“Brommapoykarna”nın yetirməsi olan futbolçu bu komandada 9 (1 qol, 1 assist), “Nordsyelland”da isə 153 (8 qol, 20 assist) oyun keçirib.
İsveçin U-16, U-17, U-18, U-19 və U-21 yığmalarında da oynamış Svensson 2024-cü ildə əsas millidə debüt edib. Amma 23 yaşlı futbolçuya debütündən sonra millidə oynamaq qismət olmayıb.
“Transfermarkt” internet-portalı 23 yaşlı futbolçunun transfer dəyərini 5,5 milyon avro məbləğində qiymətləndirir.


