FIFA prezidenti Canni İnfantino portuqal ulduz Kristiano Ronaldo və argentinalı ulduz Lionel Messi arasında müəyyən seçim etməkdən daşınıb.
Arena.az İnfantinonun bloqer IShowSpeed-in podkastında müsahibəsi zamanı bu barədə açıqladığı fikrini təqdim edir:
“İki görkəmli oyunçu, iki inanılmaz futboçu. Əgər sən portuqaliyalısansa, onda Ronaldonu seçəcəksən, əgər argentinalısansa – Messini. Əgər sən futbol azarkeşisənsə, onda hər ikisini meydanda görmək istəyirsən. Mən isə onları bir komandada görmək istərdim. Onların hər ikisini bir komandada təsəvvür edin. Bu, nəsə xüsusi bir xüsus olardı”, deyə Canni İnfantino vurğulayıb.
Xatırladaq ki, hazırda 40 yaşlı Kristiano Ronaldo “Əl-Nəsr”də çıxış edir, portuqal hücumçu “Nəcd cəngavərləri”nin kapitanıdır. 37 yaşlı Lionel Messi isə “İnter Mayami”də çıxış edir, argentinalı hücumçu “vağlar”ın kapitanıdır.


