“Sportinq” Portuqaliya Kubokunu qazandı – Video

Lissabon “Sportinq”i futbol üzrə Portuqaliya Kubokunda 2024/2025-ci illər mövsümünün qalibi olaraq, “qızıl dubl”a imza atıb.

Arena.az məlumat verir ki, daha əvvəl ölkə çempionu olmuş “şirlər” ölkə kubokunun final oyununda əzəli rəqibi “Benfika” üzərində 3:1 hesablı əzmkar qəlbə qazanıblar.

Oyunda hesab 47-ci dəqiqədə açılıb, “qartallar”ın türk dueti işə düşüb – Orkun Kökçü Kərəm Aktürkoğlunun ötürməsini qola çevirib. Lissabon təmsilçisi sona qədər mübarizə aparıb və 90+11-ci dəqiqədə penalti vurmaq hüququ əldə edib. Viktor Dyökereş dəqiq olub – 1:1. Psixoloji üstünlüyə yiyələnmiş “şirlər” oyunu əlavə vaxtda xətm ediblər: 99-cu dəqiqədə Konrad Harder “Sportinq”i hesabda önə keçirib, 120+1 dəqiqədə isə Harder, Fransisko Trinkana dəqiq ötürmə verməklə fərqlənib – 3:1. Bununla da Lissabon klubu tarixində 18-ci dəfə Portuqaliya Kubokunu muzeyinə aparıb.

Xatırladaq ki, Portuqaliya Kubokunu ən çox qazanmış klub “Benfika”dır – 26 dəfə. “Portu”nun 20 müvafiq qəniməti var.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: