La Liqa: “Barselona” “Rayo Valyekano”nu 5 qolla yendi

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2026/2027-ci illər mövsümünün 3-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

“Osasuna” doğma meydanda “Xetafe”ni tək qolla məğlub edib. Son çempion “Barselona” isə “Rayo Valyekano” ilə qarşılaşmada darmadağına imza atıb.

Beləliklə, 3 turdan sonra itkisiz irəliləyən yalnız iki komanda var. Həm “Barselona”, həm də “Real”ın 9 xalı var. “Atletiko”, “Alaves” və “Osasuna” isə 7 xal toplayıblar.

İspaniya, La Liqa
3-cü tur
28 avqust

Rasinq – Elçe 3:2
Alaves – Vilyarreal 1:0

29 avqust

Levante – Betis 5:2
Real Sosyedad – Espanyol 2:1
Sevilya – Atletiko 1:3

30 avqust

Real – Malaqa 4:0
Deportivo – Valensiya 3:1
Selta – Atletik 0:2

31 avqust

Osasuna – Xetafe 1:0
Barselona – Rayo Valyekano 5:2

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: