Pelleqrini: “Zədələr “Çelsi”yə məğlubiyyətimizə səbəb oldu”

“Betis”in baş məşqçisi Manuel Pelleqrini Avropa Konfrans Liqasının final oyununda “Çelsi”yə məğlubiyyəti şərh edib.

Arena.az məlumat verir ki, “heliopolitlər” hesabı açsalar da, “zadəganalar” ikinci hissədə oyunu dəyişərək, 4:1 hesablı əzmkar qələbə qazanıblar.

Pelleqrini matçdan sonra keçirilmiş mətbuat konfransında bunları dilə gətirib:

“Biz onların necə bir komandaya malik olduqlarından xəbərdarıq. Bizim iki əvəzetməmiz zədə səbəbindən baş verdi. Biz sol cinahda oyunu kəskinləşdirirdik və elə oradan da qol vurduq. Amma zədəlilər səbəbindən həmin ruhda oynamağa davam edə bilmədik. Malik olduqlarımız əsasında işləməyə davam edəcək və növbəti mövsümdə daha yaxşı oynamağa çalışacağıq”, – UEFA-nın rəsmi saytı 71 yaşlı çilili mütəxəssisdən sitat gətirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: