İspaniya millisinin baş məşqçisi Luis de la Fuente UEFA Millətlər Liqasının yarımfinalında Fransa yığması üzərində qələbəni şərh edib.
Arena.az məlumat verir ki, “qırmızı qəzəb” “xoruzlar” üzərində 5:4 hesablı qələbə qazanıb.
De la Fuente matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:
“Mən çox şadam. Etiraf etmək lazımdır, müəyyən iztirab mənə sevinc bəxş edir. İdmanı iztirab səpgiləri olmadan anlamıram. Bu gün olduğu kimi, iki görkəmli komanda üzləşəndə, təbii ki, hər iki rəqib öz fürsətlərinədən mütləq dərəcədə faydalanır. Biz hər oyunda öyrənməli və oyunu nikbin əsasda qiymətləndirməliyik”, – UEFA-nın rəsmi saytı 63 yaşlı ispan mütəxəssisdən sitat gətirir.
Yarışın finalına yüksəlmiş İspaniya yığması həlledici oyunda Portuqaliya yığması ilə qarşılaşacaq.
Fransa yığması isə üçüncü yer uğrunda oyunda Almaniya yğması ilə üz-üzə gələcək.


