“Arsenal”ın 27 yaşlı braziliyalı mərkəz müdafiəçisi Qabriel Maqalyayns “topçular”la müqavilə müddətini uzatmasını şərh edib.
Arena.az “Arsenal”ın rəsmi sayıtna istinadən, braziliyalı futbolçunun müvafiq açıqlamasını təqdim edir:
“Mən bura gənc oyunçu ikən gəlmişəm, demək olar ki beş il ötdükdən sonra isə mən çox xoşbəxtəm və çox şey öyrənmişəm. Mən özümlə qürur duyuram, bu, gözəl səyahətdir, mən isə onu davam etdirməyə şadam. Ümidvaram, mən “Arsenal”la bir neçə qənimət qazanacağam, çünki mən bu klubu sevirəm, elə, mənim ailəm də bu klubu sevir.
“Arsenal” – inanılmaz klubdur, mən yeni müqavilə imzaladığım üçün çox qürur duyuram. Mən bu klubu sevirəm, azarkeşlərimizi sevirəm, öz komanda yoldaşlarımı sevirəm, bizim stadionumuzu sevirəm. Mən elə qürur duyuram ki, hamıya, dəstəkləri müqabilində təşəkkür edirəm. Biz davam edirik!”, deyə Maqalyayns duyğusalcasına vurğulayıb.
Xatırladaq ki, tərəflər müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar. Əvvəlki müqavilənin müddəti isə 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə idi.
Qabriel Maqalyayns “Avai”nin məzunudur. Braziliyalı müdafiəçi “Lill”, “Trua” və Zaqreb “Dinamo”sunda çıxış edib. “Arsenal” Qabrieli 2020-ci ilin sentyabr ayında “Lill”dən 26 milyon avro məbləğ müqabilində tamhüquqlu əsasda “topçular”ın düşərgəsinə qatıb.
Maqalyayns geridə qalmış 2024/2025-ci illər mövsümündə meydana çıxdığı 42 oyuna 5 qol vurub, 3 məhsuldar ötürmə verib.
Qabrielin “topçular” üçün çıxışının ümumi mənzərəsi 210 oyun, 20 qol və 4 məhsuldar ötürmədən ibarətdir.
Qabriel Maqalyayns 2023-cü ilin sentyabr ayında debüt etdiyi Braziliya millisinin heəytində 14 oyun keçirib, 1 qol vurub.
“Transfermarkt” internet-portalı 27 yaşlı braziliyalı müdafiəçinin transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.


