Formula 1: Avstriyada Lando Norris sevindi

Bu gün Formula 1 üzrə dünya çempionatında 2025-ci il mövsümünün növbəti mərhələsi – 11-ci qran-prisi baş tutub.

Arena.az xəbər verir ki, budəfəki yarış Şpilberqdə təşkil olunub.

Avstriya qran-prisində “Maklaren” pilotları dominantlıq ediblər. Qələbəni Lando Norris qazanıb. Britaniyalı 25 yaşlı pilot 71 dövrəlik yarışı ilk sırada bitirib. Bu, onun cari mövsümdə 3-cü, karyerası ərzində isə 7-ci qələbəsidir.

İkinci yeri Norrisin komanda yoldaşı Oskar Piastri tutub. Podiumun son pilləsi “Ferrari”dən Şarl Leklerə qismət olub.

Qeyd edək ki, startda baş vermiş insident bu yarışa öz təsirini göstərib. Əvvəlcə Karlos Saynsın maşınında problem yaşandığına görə start 15 dəqiqə təxirə salınıb. İspaniyalı sürücü start verə bilməyib.

İlk dövrədə Kimi Antonelli səhvə yol verərək Maks Ferstappenlə toqquşub. Nəticədə dördqat dünya çempionu mübarizəni dayandırmalı olub.

Geridə qalmış 11 mərhələdən sonra Oskar Piastri (“Maklaren”) 216 xalla vahid liderdir. Onun komanda yoldaşı Lando Norris 201 xalla ikincidir. Maks Ferstappen (“Red Bull”) isə 155 xalla üçüncü pillədə qərarlaşıb.

Mühəndislər Kubokunda “Maklaren” 417 xalla ilk sırada qərarlaşıb. “Ferrari” 210 xalla ikinci sırada qərarlaşıb. “Mersedes” isə 209 xalla üçüncüdür.

Formula 1 üzrə dünya çempionatında 2025-ci il mövsümünün növbəti – 12-ci qran-prisi İngiltərədə keçiriləcək. Silverstonda baş tutacaq bu yarış iyulun 6-da təşkil olunacaq.

Formula 1 üzrə dünya çempionatı, 2025

Pilotların yarışında turnir cədvəli:

  1. Oskar Piastri (Maklaren) – 216
  2. Lando Norris (Maklaren) – 201
  3. Maks Ferstappen (Red Bull) – 155
  4. Corc Rassell (Mersedes) – 146
  5. Şarl Lekler (Ferrari) – 119
  6. Luis Hamilton (Ferrari) – 91
  7. Kimi Antonelli (Mersedes) – 63
  8. Aleksander Albon (Uilyams) – 42
  9. Esteban Okon (Haas) – 23
  10. Niko Hulkenberq (Zauber) – 22
  11. İsaak Hacar (Rasinq Bulls) – 21
  12. Lens Stroll (Aston Martin) – 14
  13. Fernando Alonso (Aston Martin) – 14
  14. Karlos Sayns (Uilyams) – 13
  15. Liam Louson (Red Bull) – 12
  16. Pyer Qasli (Alpin) – 11
  17. Yuki Tsunoda (Rasinq Bulls) – 10
  18. Oliver Berman (Haas) – 6
  19. Qabriel Bartoleto (Zauber) – 4
  20. Cek Duen (Alpin) – 0
  21. Franko Kolapinto (Alpin) – 0

Mühəndislər Kubokunda xal sıralaması:

  1. Maklaren – 417
  2. Ferrari – 210
  3. Mersedes – 209
  4. Red Bull – 162
  5. Uilyams – 55
  6. Rasinq Bulls – 36
  7. Haas – 29
  8. Aston Martin – 28
  9. Zauber – 26
  10. Alpin – 11
Xəbəri sosial şəbəkələrdə paylaş: