“Leççe” “Milan”ın hücumçusunu icarəyə götürdü

“Leççe” 17 yaşlı italyan mərkəz hücumçusu Françesko Kamardanı “Milan”dan icarə müqaviləsi əsasında “callorossi”nin heyətinə qatıb.

Arena.az bu barədə “Leççe”nin rəsmi saytına istinadən məlumat verir.

Tərəflər 1 illik – müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə razılaşdırıblar. Keçid məccani əsasda gerçəkləşdirilib.

Françesko Kamarda “Milan”ın məzunudur və karyerası ərzində ancaq “rossoneri” üçün oynayıb.

2024/2025-ci illər mövsümündə Kamarada “Milan” üçün məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 14 oyun keçirib.

Kamardanın “rossoneri” üçün çıxışının ümumi mənzərəsi 16 oyundan ibarətdir.

Françesko Kamarda İtaliyanın U-15, U-16, U-17 və U-19 yığmalarına cəlb edilib, “skuadra adzurra”nın əsas heyətinə isə çağırış hələ almayıb.

Kamarda “Milan”la İtaliya Super Kubokunun (2024/2025) qalibi olub, həmçinin İtaliyanın U-17 yığması ilə Avropa Çempionatını (2024) qazanıb.

“Transfermarkt” internet-portalı yeniyetmə mərkəz hücumçusunun transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: