“Zirə” İordaniya klubuna qalib gəldi

2025/2026-cı illər mövsümünə hazırlığını Türkiyədə davam etdirən “Zirə” bu gün növbəti yoxlama matçını keçirib.

Arena.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda İordaniyanın “Əl-Hüseyn” kollektivi ilə qüvvəsini sınayıb.

Fanatik Tur Meydançalarında baş tutan qarşılaşmada Azərabycan təmsilçisi qələbə qazanıb – 1:0. Yeganə qolu 45-ci dəqiqədə Brahim Konate vurub.

Zirə” bu oyunda aşağıdakı heyətlə mübarizə aparıb: 13 Aydın Bayramov, 3. Anje Mutsinzi, 4. Ruan Renato, 9. Davit Volkov, 10. Georgi Papunaşvili, 11. Martins Junior, 17. Ayron Qomis, 20. İssa Cibrilla, 30. Quima, 32. Qismət Alıyev, 93. Brahim Konate.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 97. Tyaqo Silva, 99. Səlim Həşimov, 7. Rövlan Muradov, 8. İsmayıl İbrahimli, 12. Vensan Till, 14. Elçin Əlicanov, 16. Fuad Bayramov, 19. Salifu Suma, 21. Hacıağa Hacılı, 26. Stefan Akka, 29. Ceyhun Nuriyev, 43. Əhliman Süleymanzadə, 48. Ramiz Muradov, 53. Şahmar Aşurov, 87. Abdul Aziz Batibye.

Xatırladaq ki, komanda daha əvvəl Bakıda “Qarabağ”a qarşı keçirdiyi yoxlama matçında 0:4 hesabı ilə uduzmuşdu. Qəsəbə təmsilçisi Türkiyədə keçirdiyi ilk sınaq matçında isə “Ankara Keçiörengücü”ndən üstün olmuşdu – 2:1.

“Zirə” yeni mövsümdə Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək. Qəsəbə təmsilçisi bu turnirin 2-ci təsnifat mərhələsində “Hayduk”la (Xorvatiya) üz-üzə gələcək. Komandalar arasında ilk matç iyulun 23-də 8-ci km stadionunda keçiriləcək. Bu oyuna saat 19:30-da start veriləcək. Cavab görüşü isə ayın 31-də “Polyud Stadium”da baş tutacaq. Həmin oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: