Formula 1 üzrə 2021 mövsümünün üçüncü qran-prisi keçirilib.
Arena.az xəbər verir ki, budəfəki qran-pri Portuqaliyada baş tutub.
Formula 1 çempionatının üçüncü mərhələsi “Mersedes”in pilotu Luis Hamiltonun qələbəsi ilə yekunlaşıb.
İkinci yeri “Red Bull”dan Niderland idmançısı Maks Ferstappen tutub. Finlandiya təmsilçisi Valtteri Bottas (Mersedes) üçüncü olub.
Xatırladaq ki, Hamilton daha əvvəl Bəhreyndə baş tutan ilk qran-prinin qalibi olmuş, İtaliyadakı ikinci yarışda isə ikinci olmuşdu.
Mövsümün geridə qalan üç qran-prisinin yekununa əsasən, Hamilton 69 xalla liderliyini qoruyub. Ferstappen 61 xalla 2-ci, “Maklaren”i təmsil edən Lando Norris 37 xalla 3-cüdür.
Konstruktorların mübarizəsində isə “Mercedes” 101 xalla 1-ci, “Red Bull” 83 xalla 2-ci, “Maklaren” 53 xalla 3-cü yerdə gedir.
Pilotlar yarışında ilk 10-luq:
- Luis Hamilton (Mersedes) – 69
- Maks Ferstappen (Red Bull) – 61
- Lando Norris (Maklaren) – 37
- Valtteri Bottas (Mersedes) – 32
- Şarl Lekler (Ferrari) – 28
- Serxio Peres (Red Bull) – 22
- Daniel Rikkardo (Maklaren) – 16
- Karlos Sayns (Ferrari) – 14
- Esteban Okon (Alpine Reno) – 8
- Pyer Qasli (Alfa Tauri) – 7
Konstruktorların xal sıralaması:
- Mersedes – 101
- Red Bull Rasinq-Honda – 83
- Maklaren-Mersedes – 53
- Ferrari – 42
- Alpine-Reno – 9
- Alfa Tauri-Honda – 8
- Aston Martin-Mersedes – 5
- Alfa Romeo-Ferrari – 0
- Uilyams-Mersedes – 0
- Haas-Ferrari – 0


