“Mançester Yunayted” üçün yeni məşq düşərgəsi

Bu ilin avqust ayında İngiltərənin “Mançester Yunayted” klubunun, dəyəri 50 milyon avro məbləğində olan yeni məşq düşərgəsi açılacaq.

Arena.az bu barədə “The Times” nəşrinə istinadən məlumat verir.

Düşərgə “qırmızı şeytanlar”ın ABŞ səfərindən qayıdacağı 4 Avqust tarixinə tamamilə hazır olacaq.

Xatırladaq ki, son il ərzində “Mançester Yunayted”in oyunçuları akademiyanın meydançalarında məşq ediblər. “Qırmızı şeytanlar”ın Karrinqtondakı əsas düşərgəsi bu müddət ərzində tam yenidənqurmadan keçib.

Mənbənin məlumatına görə, binada müasir tibb mərkəzi, kriokameralar, yenilənmiş idman zalı və bərpa bölgəsi var. Yuxarı səviyyədə isə istirahət bölgəsi və bərbər məntəqəsi yerləşdirilib. Bu, ölkədə tam bərbər məntəqəsinin yer aldığı ilk məşq düşərgəsidir.

Bildirilir ki, inzibati heyətin bir qismi ofisdən “Old Trafford”a köçəcək – klub rəhbərliyi Karrinqton düşərgəsini əsas əməliyyat mərkəzinə çevirmək niyyətindədir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: