“Barselona” tarixinin ən yaxşı “10 nömrə”ləri açıqlandı

Məlum olduğu kimi, 18 yaşlı ispaniyalı sağ cinah hücumçusu Lamin Yamal “blauqrana” ilə müqaviləsini yeniləyərək, “10” nömrəsini götrüb.

Arena.az məlumat verir ki, nüfuzlu “Goal” dərgisi bu münasibətlə “Barselona” tarixinin ən yaxşı “10 nömrə”lərindən ibarət seçimini təqdim edib.

Onluğun zirvəsində, hazırda “İnter Mayami”də çıxış edən agentinalı ulduz hücumçu Lionel Messi yer alıb.

İkinci pillədə dünya futbolunun braziliyalı əfsanəsi Ronaldinyo qəralaşıb.

İlk üçlüyü isə məşhur argentinalı əfsanə Dieqo Maradona qapayıb.

Növbəti yerlərdə Rivaldo, Ladislav Kubala, Romario, Xristo Stoiçkov, Luis Suares (1954-1961-ci illər), George Haci və Evaristo yer alıblar.

Xəbəri sosial şəbəkələrdə paylaş: