Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının (ÇL) üçüncü təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Arena.az xəbər verir ki, tədbirdə Azərbaycan çempionu “Qarabağ”ın da potensial rəqibi bəlli olacaq.
İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasiminə Bakı vaxtı ilə saat 14:00-da start veriləcək. Çempionlar yolunda püşkatmaya 2-ci təsnifat mərhələsinin cütləri qatılacaq.
Tədbirdən əvvəl UEFA iştirakçıları qruplara bölüb. Səpələnmişlər səbətində yer alan “Şelburn” (İrlandiya) – “Qarabağ” cütü 2-ci qrupda qərarlaşıb. Bu cütün mümkün rəqibləri 2-ci təsnifat mərhələsinin 3 cütüdür.
2-ci qrup (səpələnməmişlər)
“Riyeka” (Xorvatiya) – “Ludoqorets” (Bolqarıstan)
“Hamrun Spartans” (Malta) – “Dinamo” (Kiyev, Ukrayna)
“Şkendiya” (Şimali Makedoniya) – “Styaua” (Rumıniya)
Qeyd edək ki, ÇL-in 2-ci təsnifat mərhələsinin oyunları iyulun 22-23-də və 29-30-da, 3-cü təsnifat mərhələsinin görüşləri isə avqustun 5-6-da və 12-də baş tutacaq.


