“Traktor” üçün 2025/2026 mövsümündə ilk xal

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2025/2026 mövsümündə növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Təbriz klubu 2-ci tur çərçivəsində “Mes Rafsancan”la qarşılaşıb.

Xorvatiyalı Draqan Skoçiçin çalışdırdığı kollektiv bu rəqiblə səfərdə üz-üzə gəlib. “Traktorçular” bu görüşün yekununda 1 xal qazanıblar.

Bu, “Traktor”un yeni mövsümdə qazandığı ilk xaldır. Komanda hazırda 2 oyuna topladığı 1 xalla 16 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, ötən mövsümü tarixində ilk dəfə İran çempionu kimi başa vurmuş Cənubi Azərbaycan təmsilçisi bu mövsüm keçirdiyi 2 oyunda 1 heç-heçə edib, 1 məğlubiyyətə üzülüb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: