İtaliyanın “Yuventus” klubunun braziliyalı mərkəz yarımmüdafiəçisi Artur Melo bundan sonra “Qremio”nun uğurları üçün çalışacaq.
Arena.az bu barədə Braziliya klubunun rəsmi saytına istinadən məlumat verirlər.
“Qremio” Arturu “qoca sinyora”dan icarəyə götürüb. 26 yaşlı yarımmüddafiəçi 2026-cı ilin 30 iyununa qədər La Liqa təmsilçisinin heyətində çıxış edəcək. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb. Bu isə o deməkdir ki, Artur mövsüm bitən kimi yenidən “Yuventus”un düşərgəsinə qayıdacaq.
Artur Melo “Yuventus”a 2020-ci ilin yayında “Barselona”dan keçib. Braziliyalı yarımmüdafiəçi Turin klubunun heyətində ümumilikdə 63 oyun keçirib, 1 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.
Artur daha öncə “Liverpul”da və “Fiorentina”da da icarə əsasında çıxış edib. Amma hər iki halda İngiltərə və İtaliya klubları onun transfer hüquqlarını almaqdan imtina ediblər və Melo yenidən Turin təmsilçisinə qayıtmalı olub. Ötən mövsüm isə braziliyalı futbolçu “Jirona”da icarədə çıxış edib.
Arturun “Yuventus”la müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. O, daha öncə “Qremio” və “Barselona”da da oynayıb. Yarımmüdafiəçi Braziliya yığmasında 22 oyun keçirib, 1 qol vurub.
“Transfermarkt” internet-portalı 29 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.


