“Bavariya” çempionluğu 6 qolla qeyd etdi

Futbol üzrə Almaniya Bundesliqasında 32-ci turun oyunları keçirilir.

Arena.az xəbər verir ki, şənbə günü daha beş qarşılaşma baş tutub.

Turnir cədvəlinin ikincisi “Leypsiq” çətin Dortmund səfərinə yollanıb. “Borussiya” beş qolun qeydə alındığı bu oyunda qalib gəlməklə çempionluğun taleyinə aydınlıq gətirib. Belə ki, “Leypsiq”in xal itirməsi lider “Bavariya”nın sona iki tur qalmış çempionluğu təmin etməsinə şərait yaradıb. Amma əsas izləyicisi xal itirməsəydi belə, Münhen təmsilçisi bu tur çempion olacaqdı. Belə ki, həmin oyundan bir neçə saat sonra evdə Mönhenqladbax “Borussiya”sı ilə qarşılaşan “Bavariya” 6 cavabsız qola sevinib.

Günün digər oyunlarına gəlincə, “Verder” – “Bayer” görüşü qolsuz bitib. “Hoffenhaym” “Şalke”ni, “Volfsburq” da “Yunion”u məğlub yola salıb.

Almaniya Bundesliqası
32-ci tur
7 may

Ştutqart – Auqsburq 2:1
Qol: Forster, 11. Kaladziç, 74 – Nyederlexner, 59.

8 may

Borussiya (Dortmund) – Leypsiq 3:2
Qol: Roys, 7. Sanço, 51; 87 – Klostermann, 63. Olmo, 77.


Hoffenhaym – Şalke 4:2
Qol: Kramariç, 47. Akpoquma, 52. Baumqartner, 60. Bebu, 64 – Ut, 12. Mustafi, 42.


Verder – Bayer 0:0


Volfsburq – Union Berlin 3:0
Qol: Brekalo, 12; 63; 90.


Bavariya – Borussiya (Mönhenqladbax) 6:0
Qol: Levandovski, 2; 34; 66-pen. Müller, 23. Koman, 44. Sane, 86.


9 may

15:30. Köln – Frayburq
17:30. Ayntraxt – Maynts
20:00. Herta – Arminiya

Xəbəri sosial şəbəkələrdə paylaş: