Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının (ÇL) Liqa mərhələsində “Kopenhagen”lə üz-üzə gələcək.
Arena.az xəbər verir ki, ÇL-in əsas mərhələsinin 2-ci turu çərçivəsində baş tutacaq oyun Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Görüşü Niderlanddan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmaya saat 20:45ə-da start veriləcək.
Artıq komandaların bu oyun üçün start heyətləri də məlumdur. Həmin heyətlərlə sizi də tanış edirik:
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 2-ci tur
1 oktyabr
20:45. “Qarabağ” – “Kopenhagen”
Hakimlər: Serdar Gözübüyük, Ervin Zeinstra, Patrik İnia, Yannik Van Der Laan.
VAR: Rob Dieperink.
AVAR: Jeroen Manşot (Hamısı Niderland).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Qarabağ: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 10. Abdullah Zubir (k), 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 17. Kamilo Duran, 20. Kadi Borges, 21. Aleksey Kaşuk, 35. Pedro Bikalyo, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabiyan Buntiç, 3. Sami Mmae, 6. Kris Kuaku, 7. Nəriman Axundzadə, 11. Emmanuel Addai, 18. Dani Bolt, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 32. Hikmət Cəbrayılzadə, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.
Kopenhagen: 1. Dominik Kotarski, 5. Qabriel Pereyra, 6. Pantelis Hatsidiakos, 9. Yussufa Mukoko, 10. Məhəmməd Elyunussi, 11. Cordan Larsson, 12. Lukas Lerager, 13. Rodriqo Hueskas, 15. Markos Lopes, 16. Robert, 27. Tomas Delaney (k).
Ehtiyat oyunçular: 31. Runar Runarsson, 61. Oskar Buur, 4. Munaşe Qarananqa, 7. Viktor Klaesson, 20. Yunnosuke Suzuki, 21. Mads Emil Madsen, 22. Yoram Zaque, 24. Birger Melinq, 30. Elias Aşuri, 36. Uilyam Klem.
Baş məşqçi: Yakob Neestrup.


