Futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) Liqa mərhələsinin 2-ci turundan sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər məlum olub.
Arena.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Həftənin oyunçusu adına 4 namizəd var. Bunlar Kilian Mbappe (“Real”), Rasmus Höylund (“Napoli”), Erlinq Haland (“Mançester Siti”) və Yens-Petter Hauqedir (“Bodo Qlimt”).
UEFA-nın rəsmi saytında keçirilən sorğu yekunlaşandan sonra qalibin adı rəsmən açıqlanacaq.


