Şahmat yığmalarımız ermənilər üzərində qələbəyə sevindi

Gürcüstanın Batumi şəhərində təşkil edilmiş şahmat üzrə komandalar arasında Avropa çempionatında 6-cı turun partiyaları keçirilib.

Arena.az xəbər verir ki, hesabat turunda kişi və qadınlardan ibarət Azərbaycan komandaları Ermənistan şahmatçılarıyla qarşılaşıblar.

Kişi şahmatçılardan ibarət Azərbaycan komandası Ermənistana 2,5-1,5 hesabıyla qalib gəlib. 6-cı turda Şəhriyar Məmmədyarov görüşü qalib kimi başa vurub. Rauf Məmmədov, Eltac Səfərli və Aydın Süleymanlı heç-heçəyə oynayıblar. Bu qələbədən sonra Azərbaycan komandasının aktivində 9 xal var.

Qadın şahmatçılardan ibarət komandamız da 6-cı turda Ermənistan şahmatçılarını üstələyib. Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova rəqiblərini məğlub ediblər. Xanım Balacayeva və Gövhər Beydullayeva partiyanı heç-heçə başa vurublar. 3:1 hesablı qələbədən sonra xanım şahmatçılarımızın xalı 8-ə çatıb.

Qeyd edək ki, sabah Avropa çempionatında istirahət günüdür. Qitə çempionatına oktyabrın 14-də yekun vurulacaq.