ABL: “Sabah” NTD-yə qalib gəldi

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025-ci illər mövsümünün 2-ci turunun növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə bir qarşılaşma baş tutub.

Günün yeganə matçında son çempion “Sabah” NTD ilə üz-üzə gəlib. Milli Gimnastika Arenasında baş tutmuş görüş “bayquşlar”ın 133:65 hesablı qələbəsi ilə başa çatıb.

Turun əvvəlki oyunlarında “Neftçi” “Şəki”yə (92:68), “Ordu” “Quba”ya (96:68), “Abşeron Lions” isə “Gəncə”yə (96:94) qalib gəlib. Turun qalan oyunları sabah keçiriləcək. “Sərhədçi” “Lənkəran”ı, “Naxçıvan” “Sumqayıt”ı sınağa çəkəcək.

Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.

Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: