Birinci Liqa: “Səbail” “Zaqatala”nı xalsız yola saldı

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 5-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Səbail” “Zaqatalan”ı qəbul edib. Matçın taleyini bir qol həll edib. “Dənizçilər” son dəqiqələrdə vurduqları qol sayəsində 3 xal qazanıblar.

5-ci turun qalan görüşləri oktyabrın 16-da və 17-də keçiriləcək.

Birinci Liqa
5-ci tur

15 oktyabr

“Səbail” – “Zaqatala” 1:0
Qol: Kamran Quliyev, 84.
Hakimlər: Səbuhi Bayramov, Aydın Bəxşiyev, Sənan Atayev, Rövşən Rəcəbov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
“Bayıl Arena”, 16:00.

16 oktyabr

MOİK – “Cəbrayıl”
Hakimlər: Mahmud Bağırzadə, Rəhman Aslanov, Elman Kərimov, Murad Səlimov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Binə qəsəbə stadionu, 14:30.

“Mingəçevir” – “Şimal”
Hakimlər: Kamran Əliyev, Asif Abdullayev, Taleh Məmmədov, İslam Məmmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 14:30.

“Difai” – “Şahdağ Qusar”
Hakimlər: Ruslan Quliyev, Elmin Süleymanov, Safalı Ağayev, Namiq Bəkirov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Ağsu şəhər stadionu, 14:30.

17 oktyabr

“Baku Sportinq” – “Şəfa”
Hakimlər: Emin Əliyev, Qəzənfər Məmmədov, Rasim Axundov, Şamil İmanzadə.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Buzovna qəsəbə stadionu, 14:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: