Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının (ÇL) 2025/2026-cı illər mövsümünün Liqa mərhələsində 3-cü tura start veriləcək.
Arena.az xəbər verir ki, turun ilk oyun günündə 9 qarşılaşma baş tutacaq.
London “Arsenal”ı doğma meydanda Madrid “Atletiko”sunu, “Barselona” isə “Olimpiakos”u qəbul edəcək.
Azərbaycan çempionu “Qarabağ”ın rəqiblərindən olan “Napoli” səfərdə PSV-nin qonağı olacaq.
ÇL-in sonuncu qalibi PSJ Almaniyada “Bayer”lə, “Mançester Siti” isə İspaniyada “Vilyarreal”la üz-üzə gələcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 3-cü tur
21 oktyabr
20:45. Barselona (İspaniya) – Olimpiakos (Yunanıstan)
20:45. Kayrat (Qazaxıstan) – Pafos (Kipr)
23:00. Arsenal (İngiltərə) – Atletiko (İspaniya)
23:00. Bayer (Almaniya) – PSJ (Fransa)
23:00. Vilyarreal (İspaniya) – Mançester Siti (İngiltərə)
23:00. PSV (Niderland) – Napoli (İtaliya)
23:00. Kopenhagen (Danimarka) – Borussiya (Dortmund, Almaniya)
23:00. Yunion (Belçika) – İnter (İtaliya)
23:00. Nyukasl (İngiltərə) – Benfika (Portuqaliya)


