Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün Liqa mərhələsinin 3-cü turuna yekun vurulacaq.
Arena.az xəbər verir ki, turun sonuncu oyun günündə daha 9 qarşılaşma baş tutacaq.
Azərbaycan çempionu “Qarabağ”ın səfərdə İspaniya “Atletik”i ilə üz-üzə gələcəyi gündə rəqiblərindən “Çelsi” də evdə “Ayaks”la qarşılaşacaq. “Liverpul” səfərdə “Ayntraxt”ın qonağı olacaq.
İspaniya nəhəngi “Real” Madriddə “Yuventus”la üz-üzə gələcək. Türkiyə çempionu “Qalatasaray” isə doğma meydanda “Bodo Qlimt”lə qarşılaşacaq.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 3-cü tur
22 oktyabr
20:45. Qalatasaray (Türkiyə) – Bodo Qlimt (Norveç)
20:45. Atletik (İspaniya) – Qarabağ (Azərbaycan)
23:00. Çelsi (İngiltərə) – Ayaks (Niderland)
23:00. Atalanta (İtaliya) – Slaviya (Praqa, Çexiya)
23:00. Ayntraxt (Almaniya) – Liverpul (İngiltərə)
23:00. Sportinq (Portuqaliya) – Olimpik (Marsel, Fransa)
23:00. Monako (Fransa) – Tottenhem (İngiltərə)
23:00. Real (İspaniya) – Yuventus (İtaliya)
23:00. Bayern (Almaniya) – Brügge (Belçika)


