ÇL: “Çelsi”, “Bayern” və “Liverpul”dan darmadağın

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün Liqa mərhələsinin 3-cü turuna yekun vurulub.

Arena.az xəbər verir ki, turun sonuncu oyun günündə daha 9 qarşılaşma baş tutub.

Azərbaycan çempionu “Qarabağ”ın səfərdə İspaniya “Atletik”inə məğlub olduğu gündə ÇL-dəki digər rəqiblərindən “Çelsi” də evdə “Ayaks”la qarşılaşıb. London klubu bu oyunda darmadağına imza atıb. İngiltərənin digər təmsilçisi “Liverpul” da səfərdə “Ayntraxt”ı darmadağın edib.

İspaniya nəhəngi “Real” Madriddə “Yuventus”la üz-üzə gəlib. Paytaxt təmsilçisi bu göüşdə tək qolla 3 xal qazanıb. Türkiyə çempionu “Qalatasaray” isə doğma meydanda “Bodo Qlimt”i 3 qolla məğlub edib.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 3-cü tur
22 oktyabr

Atletik (İspaniya) – Qarabağ (Azərbaycan) 3:1
Qollar: Quruseta, 40; 88. Navarro, 70 – L.Andrade, 1.

Qalatasaray (Türkiyə) – Bodo Qlimt (Norveç) 3:1
Qollar: Osimhen, 3; 33. Y.Akgün, 60 – Helmersen, 75.

Çelsi (İngiltərə) – Ayaks (Niderland) 5:1
Qollar: Qiu, 18. Kaysedo, 27. E.Fernandes, 45-pen. Estevan, 45+6-pen. T.Corc, 48 – Veqhorst, 33-pen.

Atalanta (İtaliya) – Slaviya (Praqa, Çexiya) 0:0

Monako (Fransa) – Tottenhem (İngiltərə) 0:0

Ayntraxt (Almaniya) – Liverpul (İngiltərə) 1:5
Qollar: Kristensen, 26 – Ekitike, 35. Van Deyk, 39. Konate, 44. Qakpo, 66. Soboslai, 70.

Sportinq (Portuqaliya) – Olimpik (Marsel, Fransa) 2:1
Qollar: Katamo, 69. A.Santos, 86 – Payşao, 14.

Real (İspaniya) – Yuventus (İtaliya) 1:0
Qol: Bellingem, 58.

Bayern (Almaniya) – Brügge (Belçika) 4:0
Qollar: L.Karl, 5. H.Keyn, 14. L.Dias, 34. N.Cekson, 79.

Xəbəri sosial şəbəkələrdə paylaş: