“Çelsi” “Qarabağ”la oyundan öncə ÇL-in tarixinə düşdü

“Qarabağ”ın UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsində üz-üzə gələcəyi İngiltərənin “Çelsi” klubu bu turnirin tarixinə düşüb.

Arena.az xəbər verir ki, “zadəganlar” buna ÇL-in Liqa mərhələsinin 3-cü turunda Niderland təmsilçisi “Ayaks”ı məğlub etdikləri (5:1) matçda nail olublar.

London komandasının üç gənc futbolçusu (U-20) sözügedən qarşılaşmada fərqlənib. 19 yaşlı Mark Qiu ilə Tayrik Corc və 18 yaşlı Estevan rəqib qapısına yol tapıblar.

Bununla da İngiltərə təmsilçisi UEFA Çempionlar Liqası tarixində bir oyunda üç gənc oyunçusu fərqlənmiş ilk komandaya çevrilib.

Xatırladaq ki, “Qarabağ” və “Çelsi” arasındakı oyun noyabrın 5-də Bakıda keçiriləcək.

3 turdan sonra “Qarabağ” 6 xalla 13-cü, “Çelsi” isə eyni xalla 11-ci pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: