Ançelotti Braziliya – İtaliya finalını görmək istəyir

Futbol üzrə Braziliya millisinin baş məşqçsisi Karlo Ançelotti DÇ-2026-nın finalında İtaliya yığması ilə qarşılaşmaqlarını istədiyini bəyan edib.

Arena.az italiyalı mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Ümidvaram ki, İtaliya dünya çempionatına vəsiqə əldə edəcək. Onlar bunu etməlidir. Mən isə onların bunu edəcəyinə qətiyyətlə əminəm. Sonra finalda qarşılaşacağıq! Bu halda, hamı xoşbəxt olardı: həm italyanlar və həm də braziliyalılar. Şəxsən mənim üçün bu, sadəcə əntiqə olardı”, deyə təcrübəli məşqçi vurğulayıb.

Ançelotti “selesao”nun sükanı arxasındakı faəliyyətindən doğan təəssüratını da açıqlayıb:

“Təzyiqdən çox, şövq var. Burda futbolun necə sevilməsi inanılmazdır. Hazırda yoldaşlıq oyunları oynayırıq, adamlar hiss edir ki, komanda tərəqqi edir, elə, dünya çempionatına qədər belə də olacaq. Braziliyalılar istəyir ki, “selesao” dünya çempionatını qazansın. Bizi inanılmaz şövq əhatə edir. Braziliya həddindən çox intizarda qalıb, onlar 6-cı dünya çempionluğunu istəyirlər. Burada doğrudan da təsirli ab-hava hökm sürür”, deyə Ançelotti məmnunluqla vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: