Qadınlardan ibarət basketbol üzrə Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, Evren Alkayanın baş məşqçisi olduğu kollektiv bu gün E qrupundakı üçüncü oyununda Ukrayna yığması üz-üzə gəlib.
Latviyanın paytaxtı Riqada keçirilmiş qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb – 98:34.
Azərbaycan milli komandası qrupdakı növbəti oyunlarını 2026-cı ilin mart atında keçirəcək. Belə ki, yığmamız martın 11-də Bolqarıstanla, 14-də Monteneqro ilə qarşılaşacaq. Ukrayna ilə ev oyunu isə martın 17-də baş tutacaq.
Xatırladaq ki, basketbol yığmamız seçmə mərhələdəki ilk matçda Bolqarıstan millisinə Bakıda 48:141, Monteneqroya isə 62:104 hesabı ilə məğlub olmuşdu.
Üç turdan sonra millimizin yer aldığı E qrupunda Ukrayna 5 xalla liderdir. Bolqarıstanın 4, Monteneqronun 3 xalı var. Azərbaycan millisi isə 3 xalla qrup sonuncusudur.


