İtaliyanın “İnter” klubunun müdafiəçisi Aleksandar Kolarov əməliyyat olunub.
Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
35 yaşlı futbolçu belindən əməliyyat olunub. Kolarovun sağalma müddəti açıqlanmayıb.
Aleksandr Kolarov bu mövsüm “İnter”in heyətində bütün turnirlər çərçivəsində cəmi 11 oyuna çıxıb. Onun komandası isə bu mövsüm A Seriyasının qalibi olub.
Serbiyalı futbolçu bu mövsümün əvvəlində “Roma”dan “İnter”ə transfer olunub. O, daha öncə “Mançester Siti”, “Latsio” kimi klubların da uğurları üçün çalışıb.


