ÇL: “Qarabağ”ın rəqibləri darmadağına üzüldülər

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün Liqa mərhələsində 5-ci tura yekun vurulub.

Arena.az xəbər verir ki, turun sonuncu oyun günündə daha 9 qarşılaşma baş tutub.

Azərbaycan çempionu “Qarabağ”ın rəqiblərindən olan “Liverpul” evdə PSV-yə biabırçı hesabla məğlub olub. “Ayntraxt” isə “Atalanta” ilə ev oyununda darmadağına üzülüb.

Madrid “Real”ı səfərdə “Olimpiakos”un qonağı olub və çətin qələbəyə sevinib. ÇL-in sonuncu qalibi PSJ isə doğma meydanda “Tottenhem”lə qarşılaşmadan inamlı qələbə ilə ayrılıb.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 5-ci tur
26 noyabr

Kopenhagen (Danimarka) – Kayrat (Qazaxıstan) 3:2
Qollar: Dadason, 26. Larsson, 59-pen. Robert, 73 – Satpayev, 81. Baybek, 90.

Pafos (Kipr) – Monako (Fransa) 2:2
Qollar: D.Luis, 18. Salisu, 88-öz qapısına – Minamino, 5. Baloqun, 26.

PSJ (Fransa) – Tottenhem (İngiltərə) 5:3
Qollar: Vitinya, 45; 53; 76. F.Ruis, 59. Paço, 65 – Riçarlison, 35. Kolo Muani, 50; 72.

Liverpul (İngiltərə) – PSV (Niderland) 1:4
Qollar: Soboslai, 16 – Perişiç, 6-pen. Til, 56. Driuoş, 73; 90+1.

Arsenal (İngiltərə) – Bayern (Almaniya) 3:1
Qollar: Timber, 22. Madueke, 69. Martinelli, 77 – Karl, 32.

Atletiko (İspaniya) – İnter (İtaliya) 2:1
Qollar: X.Alvares, 9. X.Ximenes, 90+3 – Zelinski, 54.

Ayntraxt (Frankfurt, Almaniya) – Atalanta (İtaliya) 0:3
Qollar: Lukman, 60. Ederson, 62. De Ketelare, 65.

Sportinq (Portuqaliya) – Brügge (Belçika) 3:0
Qollar: Kenda, 24. L.Suares, 31. Trinkao, 70.

Olimpiakos (Yunanıstan) – Real (İspaniya) 3:4
Qollar: Çikinyo, 8. Taremi, 52. El Kaabi, 81 – Mbappe, 22; 24; 29; 60.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: