Qadın voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatında (Yüksək Liqa) bu gün 4-cü tura start verilib.
Arena.az xəbər verir ki, turun ilk oyun günündə bir görüş baş tutub.
4-cü turun açılış matçında “Milli Aviasiya Akademiyası” və “Azərreyl” komandaları üz-üzə gəliblər.
“Milli Aviasiya Akademiyası”nın idman zalında baş tutmuş qarşılaşma gərgin mübarizə şəraitində keçib. Oyun meydan sahiblərinin 3:2 (25:17, 21:25, 21:25, 25:19, 16:14) hesablı qələbəsi ilə bitib.
Turun növbəti oyunları noyabrın 25-də və 26-da keçiriləcək. Sabah “Murov” UNEC-lə üz-üzə gələcək. Turun qapanış matçında isə “Turan və “DH Volley” komandaları qarşılaşacaqlar.
Yüksək Liqa
4-cü tur
24 noyabr
Milli Aviasiya Akademiyası – Azərreyl 3:2 (25:17, 21:25, 21:25, 25:19, 16:14)


