La Liqanı tərk edəcək ilk klub bəlli oldu

Futbol üzrə İspaniya La Liqasında 2020/21 mövsümünün sonunda elitanı tərk edəcək ilk klub bəlli olub.

Arena.az xəbər verir ki, ölkə çempionatının 37-ci turunda “Valensiya”ya 1:4 hesabıyla uduzan “Eybar”ın elitanı tərk edəcəyi dəqiqləşib.

Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. “Eybar” La Liqada 30 xalla sonuncu sıradadır. “Valyadolid” 31 xalla 19, “Elçe” isə 33 xalla 18-ci sırada qərarlaşıb. Bu iki komanda ilə yanaşı, 33 xalla 17-ci pillədə yer alan “Hueska” da elitanı tərk etməyə əsas namizədlərdəndir. 16 sırada yer alan “Xetafe” (37 xal) və digər komandaların isə La Liqanı tərk etmək təhlükəsi yoxdur.

Qeyd edək ki, İspaniya La Liqasında sonuncu – 38-ci turun görüşləri mayın 21-23-də keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: