İsmahil Akinade “Qəbələ”də!

Nigeriyalı hücumçu İsmahil Akinade bundan sonra Azərbaycan Premyer Liqasında mübarizə aparan “Qəbələ”nin formasını geyinəcək.

Arena.az bu barədə əyalət klubunun rəsmi saytına istinadən xəbər verir.

Belə ki, “Qəbələ” bu gün qış fasiləsində ikinci transferini reallaşdırıb. “Qırmızı-qaralar” nigeriyalı hücumçu İsmahil Akinade ilə anlaşıblar. 31 yaşlı hücumçu ilə 1,5 illik müqavilə imzalanıb.

Karyerasına İrlandiyanın “Brey Uonderers” komandasında başlamış futbolçu daha sonra bu ölkədə “Bohemians” və “Uoterford” kimi klublarda da çıxış edib. Son klubu Özbəkistan Super Liqa təmsilçisi “Andijon” olan forvard bu komanda ilə çempionatda keçirdiyi 12 oyunda 2 qol və 1 məhuldar ötürmə ilə yadda qalıb. Akinade həmçinin “Andijon”un heyətində Asiya Çempionlar Liqasında da 6 matçda iştirak edib və 1 dəfə fərqlənib.

Xatırladaq ki, “Qəbələ” bundan öncə müdafiəçi Seydina Keyta ilə də müqavilə bağladığını açıqlamışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: