İspaniya Kubokunda 1/8 finalın püşkü atıldı

Bu gün futbol üzrə İspaniya Kubokunda 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.

Arena.az xəbər verir ki, püşkün nəticəsinə əsasən, növbəti mərhələdə aşağıdakı komandalar üz-üzə gələcəklər:

“Deportivo” – “Atletiko” (Madrid)
“Rasinq” – “Barselona”
“Leonesa” – “Atletik” (Bilbao)
“Albasete” – “Real” (Madrid)
“Burxos” – “Valensiya”
“Betis” – “Elçe”
“Real Sosyedad” – “Osasuna”
“Alaves” – “Rayo Valyekano”

Qeyd edək ki, İspaniya Kubokunda 1/8 final mərhələsinin oyunları 13-15 yanvar tarixləri aralığında keçiriləcək.

İspaniya Kubokunun sonuncu qalibi “Barselona”dır. Kataloniya təmsilçisi ötən mövsümün finalında Madrid “Real”ını əlavə vaxtda 3:2 hesabı ilə məğlub edib. “Barselona” turnirin ən titullu klubu olaraq 32 dəfə kuboku qazanıb. Bilbao “Atletik”i 24, Madrid “Real”ı isə 20 dəfə İspaniya Kubokunun qalibi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: