Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 19-cu turunun növbəti oyunu keçirilib.
Arena.az xəbər verir ki, turun açılış matçında “Xetafe” öz meydanında “Real Sosyedad”la üz-üzə gəlib.
3 qolun vurulduğu görüşdə qonaqlar çətin qələbəyə seviniblər.
19-cu turun qalan görüşləri yanvarın 10-da, 11-də və 12-də keçiriləcək. Bu turun “Atletik” – “Real” (0:3) və “Barselona” – “Atletiko” (3:1) oyunları xeyli müddət öncə keçirilmişdi.
İspaniya, La Liqa
19-cu tur
9 yanvar
Xetafe – Real Sosyedad 1:2
Qollar: Xuanmi, 90 – B.Mendes, 36. Aramburu, 90+6.
10 yanvar
17:00. Real Ovyedo – Betis
19:15. Vilyarreal – Alaves
21:30. Jirona – Osasuna
00:00. Valensiya – Elçe
11 yanvar
17:00. Rayo Valyekano – Malyorka
19:15. Levante – Espanyol
12 yanvar
00:00. Sevilya – Selta


